“Qarabağ” avrokuboklarda rekordu təkrarladı

“Qarabağ” avrokuboklarda rekordu təkrarlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) məlumat yayıb.

Azərbaycan çempionu bir matçın əlavə vaxtında 4 qol vuran beş komandadan biri olub.

“Köhlən atlar” Bolqarıstanda “Ludoqorets”ə qalib gəldiyi (əsas vaxt – 3:2) III təsnifat mərhələsinin cavab matçının əlavə vaxtında rəqibini məyus edib.

Daha əvvəl Almaniyanın “Ştutqart” (1973/1974 mövsümü), Fransanın “Lans” (1977/1978), Kiprin “Omoniya” (2016/2017) və Belarusun Dinamo (Minsk, 2018/2019) komandaları avrokuboklarda əlavə vaxtda 4 dəfə fərqləniblər.

COP29