“Qarabağ” Avropa kubokunda III mərhələyə yüksəldi

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa Kubokunda cavab oyununa çıxıb.

Yenicag.az xəbər verir ki, son ölkə çempionu II mərhələnin cavab oyununda Lüksemburqun “Differdanj” kollektivi ilə üz-üzə gəlib. Görüş təmsilçimizin 26:25 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu komandalar arasında ötən gün baş tutan ilk oyunda da Ağdam təmsilçisi 27:24 hesabı ilə rəqibini üstələmişdi. Qeyd edək ki, III raundun matçları oktyabrın 10-dan 16-dək keçiriləcək.

COP29