“Qarabağ” Avstriya toplanışını qələbə ilə başa vurdu

Avstriyada təlim-məşq toplanışını başa vuran “Qarabağ” sonuncu yoxlama oyununu keçirib.

Yenicag.az xəbər verir ki, “köhlən atlar” Bolqarıstan təmsilçisi MOİK-lə üz-üzə gəlib.

“Vörgl” stadionunda oynanılan qarşılaşma Ağdam klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 42-ci dəqiqədə Redon Cica vurub.

Qeyd edək ki, “Qarabağ” Avstriyadakı ilk görüşündə Macarıstan “Ferentsvaroş”u ilə heç-heçə edib – 3:3. Son ölkə çempionu ikinci matçında isə Polşa “Legiya”sına uduzub – 0:2./Report/