“Qarabağ” – “Ayaks” matçının hakimləri açıqlandı

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinin III turunun “Ayaks”la matçının hakimləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, UEFA oktyabrın 24-də Bakıda təşkil olunacaq görüşü Şotlandiyadan olan hakimlər briqadasına həvalə edib.

Matçın baş hakimi Nikolas Uolş olacaq. Ona Qrem Stüart və Kalum Spens kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kristofer Qrehem yerinə yetirəcək. Kevin Klensi VAR, Con Biton AVAR olacaq. Hakim-inspektor funksyası Mehmet Murat İlqaza (Türkiyə) tapşırılıb. UEFA nümayəndəsi isə Aldi Topçiu (Albaniya) olacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:45-də başlayacaq.

COP29