Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

“Qarabağ” azarkeşlərə MÜRACİƏT ETDİ

Reklam: High Technic

“Qarabağ” futbol klubu azarkeşlərə müraciət edib.

Yenicag.az xəbər verir ki, klubun rəsmi “Facebook” hesabından edilən paylaşımda azarkeşlərə bu gün keçiriləcək oyuna gecikməmək tövsiyyə edilib.

“Stadiona girişinizin matç saatına saxlamamağınız tövsiyə olunur. Qapılar saat 18:00-da açılacaq. Stadion önündə sıxlığın yaranmaması üçün azarkeşlərimizdən yerlərini öncədən tutmalarını xahiş edirik”, –  deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” bu gün Kiprin AEL komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk oyunda qalib müəyyənləşməyib.

www.yenicag.az

262
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100