“Qarabağ” azarkeşlərlə oynadı – VİDEO

Ötən gün son Azərbaycan çempionu “Qarabağ” ən sadiq azarkeş qrupu olan “İmarət”lə yoldaşlıq matçı keçirib.

Yenicag.az xəbər verir ki, azarkeşlərlə oyunda Ağdam klubundan Şahruddin Məhəmmədəliyev, Rəşad Sadıqov, Mahir Mədətov, Abbas Hüseynov, Araz Abdullayev, Coşqun Diniyev kimi futbolçular çıxış edib.

Oyunu izləyən “İmarət”in digər üzvləri isə pirotexniki vasitələrdən istifadə edərək əsl futbol atmosferi yaradıblar.

Qarşılaşmadan sonra futbolçularla azarkeşlər çay masası ətrafında müzakirələr aparıblar.

Emin