Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.
Yenicag.az xəbər verir ki, həlledici final matçında “Qarabağ” və “Zirə” komandaları üz-üzə gəliblər.
“Liv Bona Dea Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi bitib – 2:1.
“Köhlən atlar”ın heyətində 42-ci dəqiqədə Olavio Juninyo, 62-ci dəqiqədə Abdullah Zubir fərqlənib. “Zirə”də İsmayıl İbrahimli 57-ci dəqiqədə adını tabloya yazdırıb.
Beləliklə, “Qarabağ” səkkizinci dəfə ölkə kubokunda qızıl medallara sahib çıxıb.
Cari mövsüm Azərbaycan Premyer Liqasının da qalibi olan komanda mövsümü “qızıl dubl”la başa vurub.