“Qarabağ Azərbaycanındır” – Rusiyalı politoloqdan müraciət – VİDEO

Rusiyalı politoloq Maksim Şevçenko ölkəsinin “Birinci kanal”ında yayımlanan “Zaman göstərəcək” tok-şousunda polyak millətçisi Tomaş Matseyçukla arasında baş verən mübahisə ilə bağlı videomüraciət yayımlayıb.

Yenicag.az xəbər verir ki, o, bir daha Dağlıq Qarabağın Azərbaycan torpağı olması ilə bağlı fikrində qaldığını bildirib.

Şevçenkonun sözlərinə görə, bütün beynəlxalq təşkilatlar da Qarabağı Azərbaycan torpağı kimi tanıyır: “Məndən verilişdə soruşanda ki, Qarabağ kimə məxsusdur? Mən də bildirdim ki, Qarabağ Azərbaycanındır. De-yure olaraq bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın torpağı kimi tanıyır. Dağlıq Qarabağı münaqişəsi 3 ölkə çərçivəsində həll edilə bilər. Bu, Rusiya, Türkiyə və İrandır. Türkiyə Osmanlı dönəmində qismən də olsa, Dağlıq Qarabağ adını qoruya bilirdi. Hazırda Dağlıq Qarabağla bağlı müzakirələrdə 3 ölkə fəail iştirak edə bilər. Həmçinin o torpaqlar orada yaşayan Azərbaycanlılara məxsusdur”.

Qeyd edək ki, sözügedən verilişdə Matseyçukun “Qarabağ kimindir?” sualına Şevçenko sərt şəkildə “Qarabağ Azərbaycan ərazisidir” cavabını verib. Polyak isə çıxışında erməniyönlü olduğunu sübut edib.

COP29