“Qarabağ” – BATE matçına nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Belarusun BATE klubu arasında keçiriləcək ilk oyuna bilet satışı davam edir.

Yenicag.az xəbər verir ki, artıq bu görüş üçün satışa çıxarılmış biletlərin 15 mini satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Qarabağ” – BATE oyunu avqustun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.