“Qarabağ” “Beşiktaş”la qarşılaşacaq? – Qurban Qurbanov açıqladı

Son Azərbaycan çempionu “Qarabağ” təlim-məşq toplanışı üçün Antalya şəhərinə üz tutacaq.

Yenicag.az xəbər verir ki, yanvarın 9-da Türkiyədə hazıqlıqlara start verəcək ağdamlılar 6 yoxlama matçında qüvvəsini sınayacaq.

Maraqlıdır ki, bir müddət əvvəl Türkiyə mətbuatı qış təlim-məşq toplanışında “Beşiktaş”la “Qarabağ”ın qarşılaşacağını, Şenol Günəşin Bakıda olarkən görüşün təşkili üçün razılığın əldə olunduğunu yazmışdı.

Lakin, saytımıza açıqlama verən ağdamlıların çalışdırıcısı Qurban Qurbanov sözügedən matçın gündəmdə olmadığını, hazırkı planlara daxil edilməyini bildirib.

Emin Səfərov