“Qarabağ” “Braqa”nı darmadağın etdi – YEKUN / VİDEO 

Matç başa çatdı. “Qarabağ” səfərdə güclü rəqibi üzərində 4:2 hesablı tarixi qələbə qazandı.

***

90+1-ci dəqiqədə Moutinyo hesab arasındakı fərqi azaldır – 2:4.

***

Azərbaycan təmsilçisi 69-cu dəqiqədə hesab arasındakı fərqi daha da artırıb – 4:1.

Abdullah Zubir özünün ikinci, “köhlən atlar”ın dördüncü qoluna imza atıb.

***

Azərbaycan təmsilçisi 65-ci dəqiqədə hesab arasındakı fərqi iki topa çatdırıb.

“Köhlən atlar”ın heyətində Olavio Juninyo fərqlənib.

***

Azərbaycan təmsilçisi 54-cü dəqiqədə yenidən hesabda önə keçib – 2:1.

Abdullah Zubir adını tabloya yazdırıb.

***

İlk hissə 1:1 hesabı ilə başa çatdı.

***

Simon Banza 43-cü dəqiqədə hesabı bərabərləşdirir – 1:1.

***

21-ci dəqiqədə “Qarabağ” hesabı açdı. Marko Yankoviç penaltidən fərqləndi – 0:1

***

Portuqaliyada “Braqa” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.

Yenicag.az xəbər verir ki, qarşılaşma saat 00:00-da start götürüb.

Görüşü Danimarkadan olan Morten Kroq idarə edir.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

***23:10

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək “Braqa” və “Qarabağ”ın start heyətləri bəlli olub.

Yenicag.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Braqa”: 1. Mateus, 2. Viktor Qomes, 15. Paulo Oliveyra, 4. Siku Niakate, 26. Kristian Borxa, 28. Joao Moutinyo, 18. Vitor Karbvalyo, 16. Rodriqo Zalazar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 14. Alvaro Djalo

Baş məşqçi: Artur Jorje

“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün reallaşacaq oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək./Report

COP29