“Qarabağ” bu gün Avstriyada 2 oyun keçirəcək

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün iki yoxlama görüşü keçirəcək.

Yenicag.az xəbər verir ki, Tirol bölgəsindəki hazırlıq prosesinin son oyun günü Xorvatiya “Slaven”inə qarşı matçla başlayacaq. Belupo təmsilçisi ilə qarşılaşma “Sportplatz Volders”də olacaq. Oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Günün ikinci görüşünün start fiti saat 19:00-da veriləcək. Ağdam təmsilçisi Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şabab” klubu ilə qarşılaşacaq. Matç “Silberstadt Arena”da keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” Avstriyada keçirdiyi ilk iki matçda Almaniyanın “Kayzerslautern” klubuna 1:3 hesabı ilə uduzub, Çexiyanın “Viktoriya” (Plzen) komandasını isə məğlub edib – 2:1.

COP29