“Qarabağ”ın yarımmüdafiəçisi Hamidu Keyta klubu tərk edir.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
29 yaşlı sol vingerin karyerasını superliqa təmsilçisi “Konyaspor”da davam etdiriləcəyi bildirilib. Onun bu gün axşam Konyada olacağı iddia edilib.
“Konyaspor”un Keytanın transferi üçün təzminat ödəməyəcəyi qeyd edilib. Bu isə o deməkdir ki, futbolçu Türkiyə klubuna azad agent statusunda keçəcək.
Qeyd edək ki, 2023-cü ilin yayında “Qarabağ”a keçən fransalı futbolçunun Ağdam klubu ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatır.