!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ cəbhəsində “məzar sükutu”: Atəşkəs kimə sərfəlidir?

!Reklam – Yazi

“Nə qədər ki bu yanaşma dəyişməyəcək, Qarabağ cəbhəsində heç bir yenilik olmayacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında artıq bir müddətdir, Qarabağ cəbhəsində atəşkəs rejiminin pozulması hallarının azalmasını və bu vəziyyətin münaqişə tərəflərindən hansına sərf etməsinə münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

İlham İsmayılın fikrincə, təmas xəttində səssizliyin hökm sürməsi işğalçı Ermənistanın maraqlarına uyğundur:

“Sualınıza sualla başlamaq istəyirəm. Atəşkəsə əməl olunması kimin xeyrinədir? Əlbəttə, işğalçı Ermənistanın. Torpaqlarımızı işğal ediblər, indi də həmin ərazilərdə rahat qurub-yaradırlar və narahat olmamaq üçün göydə quşun da uçmasını istəmirlər.

Bu mənada, atəşkəsin gündəlik pozulması hallarının azalmasını düşmən hər zaman arzulayır. 2016-cı ilin aprelindən sonra Vyana və Sankt-Peterburqda baş tutan danışıqlar vəziyyəti müsbətə doğru dəyişmədi. Eyni zamanda, təmas xəttində atəşkəsin monitorinqini aparan Kasprşikin ofis əməkdaşlarının sayının artırılmasına ilkin razılığın verilməsi də bizim lehimizə olan məqam sayılmır.

Azərbaycan tərəfindən həmsədrlər qarşısında əks-arqumentlərin qəti çəkildə qoyulmaması, məskunlaşmanı dayandırmağın qarşılığında atəşkəsə əməl edilməsi şərtinin irəli sürülməməsi yumşaq desək, anlaşılmır.

Bu ilin may ayından, yəni Paşinyanın “məxməri inqilab”ından sonra Ermənistanda yeni siyasi situasiya yaranıb. Yeni rəhbərlik Qarabağ məsələsində daha sərt ritorika ilə çıxış edir. Bəs biz bu bəyanatlara nə ilə cavab vermişik? Faktiki olaraq Ermənistanın Qarabağ məsələsində yerli və beynəlxalq miqyasda, o cümlədən də cəbhədə göstərdiyi fəalliq fonunda Azərbaycanın hərəkətsizliyi diqqətdən yayınmır.

O baxımdan, cəbhə xəttində sükut yalnız düşmənin xeyrinədir. Düşənbədəki ayaqüstü söhbətdən sonra Nikol Paşinyanın “baş nazir olandan sonra ilk dəfədir ki, rahatam”- deməsi də göstərir ki, mövcud vəziyyət düşməni tam qane edir.

Qarşıda gözlənilən bütün səviyyələrdə görüşlərin də heç bir nəticə verməyəcəyini düşünürəm. ABŞ-ın Ermənistandakı keçmiş səfiri Milssin dediyi kimi, erməni cəmiyyəti heç bir ərazi güzəştini ağlına belə gətirmir”.

Çevik, sərt, hücum xarakterli siyasət yeritməli olduğumuzu bildirən sabiq MTN zabiti qeyd edib ki, bunun olmaması vəziyyətimizi daha da mürəkkəbləşdirir:
“Əvvəllər kəskin hərbi ritorika olsa da, indi o cür qəti bəyanatlar verilmir. Azərbaycan ərazi bütövlüyü pozulmuş tərəf olaraq, çevik, sərt, hücum xarakterli siyasət yürütməlidir.

Nə qədər ki bu yanaşma dəyişməyəcək, Qarabağ cəbhəsində heç bir yenilik olmayacaq, təmas xəttində “qu desən, qulaq tutulacaq”.
Səxavət Məmməd

www.yenicag.az

2855
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv