“Qarabağ” nə hakimlə bacardı, nə də “Çelsi” ilə…

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisi Bakı Olimpiya Stadionunda baş tutacaq sonuncu ev oyununda İngiltərə çempionu “Çelsi” ilə qarşılaşıb.

ÇL-in qrup mərhələsindəki debüt matçını məhz ingilislərə qarşı keçirmiş “Qarabağ” Londonda baş tutan həmin oyunda böyük hesabla məğlub olmuşdu – 0:6. Qurban Qurbanovun yetirmələri doğma meydanda həmin məğlubiyyətin əvəzini çıxmaqla yanaşı, həm də Avropa Liqasına vəsiqə şansını saxlamaq üçün mübarizə aparmaq arzusundaydı.

Amma çox təəssüf ki, qarşılaşmanın baş hakimi elə ilk dəqiqələrdən “Qarabağ”ın bu arzusunun üstündən xətt çəkib. Belə ki, haqsız penalti və yersiz qırmızı vərəqə komandamızın planlarını pozub. Nəticədə, 4 cavabsız qol vuran “Çelsi” Bakıdan da qələbə ilə dönüb.

UEFA Çempionlar Liqası
C qrupu
22 noyabr

“Qarabağ” – “Çelsi” 0:4
Qollar: E.Azar, 21-pen. Villian, 37; 85. S.Fabreqas, 73-pen.
Baş hakim: Manuel De Souza, Alvaro Meskita, Rikardo Santos, Nuno Pereyra.
Əlavə hakim köməkçiləri: Fabio Verissimo, Luis Migel Branko Qodinyo (hamısı Portuqaliya).
Bakı Olimpiya Stadionu.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerrye.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Baş məşqçi: Qurban Qurbanov.
“Çelsi”: 13. Tibo Kurtua, 2. Antonio Rüdiger, 4. Markos Alonso, 4. Sesk Faberqas, 7. Nqolo Kante, 10. Eden Azar, 11. Pedro Rodriqes, 21. Davide Zappakosta, 22. Villian, 28. Sesar Aspilikueta (k), 30. David Luis.
Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 6. Danni Drinkuoter, 9. Alvaro Morata, 14. Timoue Bakayoko, 24. Qari Keyhill, 27. Andreas Kristensen, 66. Dujon Sterlinq.
Baş məşqçi: Antonio Konte.

COP29