Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Qarabağ" - "Çelsi" matçına gedəcək azarkeşlərə - Müraciət

Reklam: High Technic

Bakı Olimpiya Stadionu (BOS) noyabrın 22-də futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Qarabağ” və İngiltərənin “Çelsi” komandası arasında keçiriləcək oyunla əlaqədar azarkeşlərə müraciət edib.

Yenicag.az xəbər verir ki, BOS-un rəsmi “facebook” səhifəsində stadiona gəliş-gediş sxemi təqdim edilib. Bildirilir ki, arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən, çıxış zamanı isə BNA tərəfindən təqdim olunan avtobuslara getmək lazımdır.

Həmçinin İctimai Dayanacağa getmək üçün N qapısında yerləşən Şimal körpüsündən, metronun “Koroğlu” stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidir.

Heydər Əliyev prospektində yerləşən İctimai Dayanacaq oyuna 3 saat qalmış açıq olacaq.

Qeyd edək ki, sabah BOS-da təşkil olunacaq matç saat 21:00-da start götürəcək.

Loading...

www.yenicag.az

2865
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100