UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la İngiltərənin “Çelsi” klubu arasında Bakıda keçiriləcək oyuna bilet satışı davam edir.
Yenicag.az xəbər verir ki, artıq bu qarşılaşmaya 45 mindən çox bilet satılıb. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 22-də Bakı Olimpiya stadionunda keçiriləcək.
Bu oyunu canlı izləmək istəyənlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən əldə edə bilərlər:
“Gənclik mall” və “28 mall”
“Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)