Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçının hakimləri açıqlanıb.
Yenicag.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq oyun potuqaliyalı hakimlər briqadasına həvalə olunub.
Qarşılaşmanın baş hakimi Manuel De Sousa olacaq. Ona bu işdə Alvaro Mesquita və Rikardo Santos yardım edəcəklər. Fabio Verissimo ilə Luis Migel Branko Godinyo baş hakimin əlavə köməkçiləri olacaqlar. Dördüncü hakim funksiyasını isə Nuno Pereira yerinə yetirəcək.
Qeyd edək ki, oyun noyabrın 22-də, saat 21:00-da başlayacaq.