“Qarabağ” Çempionlar Liqasında iki komandadan biridir

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” cari mövsümdə keçirdiyi 4 oyundan sonra qapısını toxunulmaz saxlamağı bacarıb.

Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisi bu göstərici ilə diqqət mərkəzinə düşüb. Belə ki, Qurban Qurbanovun komandası cari mövsümdə qol buraxmayan iki komandadan biridir. Etibarlı müdafiə xətti ilə seçilən digər komandanı isə Serbiyanın “Srvena Zvezda” komandasıdır.

Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində “Olimpiya” (Sloveniya), növbəti mərhələdə isə “Kukesi”dən (Albaniya) qol buraxmayıb.

Xatırladaq ki, qitənin bir nömrəli yarışında “Qarabağ”ın növbəti rəqibi Belarusun BATE klubudur.

COP29