Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları davam edir.
Yenicag.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” yeni mövsümə bu gün start verib.
Ardıcıl 5 mövsüm avrokubokların qrupunda mübarizə aparan Ağdam klubu Albaniyanın “Partizani” klubu ilə qarşılaşır. Bu, Azərbaycan klublarının 2019/20 mövsümündə ilk oyunudur.
Görüş Albaniyanın paytaxtı Tiranada keçirilir. Selman Stermasi stadionundakı görüşdə sərfəli nəticə əldə etməyə çalışan Qurban Qurbanovun yetirmələri cavab matçına bir həftə sonra çıxacaq.
Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində “Riqa” (Latviya) – “Dandalk” (İrlandiya) duelinin güclüsü ilə, məğlub olan isə “Şerif” (Moldova) – “Saburtalo” (Gürcüstan) qarşılaşmasının zəifi ilə üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə 19:30-da start götürüb./APA/