Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün ikinci yoxlama matçına çıxacaq.
Yenicag.az xəbər verir ki, Qurban Qurbanovun komandası Çexiyanın “Bohemians” klubu ilə qarşılaşacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, ilk sınaq oyununda Macarıstan “Uypeşt”inə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi yanvarın 23-ü Polşanın “Piast”, 26-sı Ukraynanın “Şaxtyor” (Donetsk) klubları ilə üz-üzə gələcək.