!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ" çox güclü rəqibdir" - "Roma"nın baş məşqçisi

!Reklam – Yazi

“İlk hissə üstünlüyümüz şəraitində keçsə də, ikinci hissədə çətin anlar yaşadıq. “Qarabağ” qapımız qarşısında qol vəziyyətləri yaratdı”.

Yenicag.az saytının məlumatına görə, bu sözlər “Roma”nın baş məşqçisi Eysebio Di Françeskoya məxsusdu.

Çempionlar Liqasının II turunda “Qarabağ”ın qonağı olan İtaliya nəhəngi minimal üstünlüklə qələbə qazanıb – 2:1.

Oyundan sonra keçirilən mətbuat konfransında Di Françeskonun qələbə şərhi belə olub: “Dünən “Qarabağ”ın güclü komanda olduğunu elə-belə deməmişdim. Bu gün bir daha şahid olduq ki, “Qarabağ” çox güclü rəqibdi. Bizə də çox çətin anlar yaşatdılar”.

– Oyunu eyni tempdə aparmadınız…

– Bununla razıyam. Rəqibin qolundan sonra bizdə çatışmazlıqlar yarandı. Nəzərə alın ki, hələ inkişaf mərhələsindəyik, topla rəftarımızı gücləndiririk. Ancaq “Qarabağ”dan güclü idik və əsas odu ki, burdan 3 xalla ayrılırıq.

– İkinci hissədə əsəbləşirdiniz. Bunun səbəbi uzun ötürmələr idi, yoxsa Qonalonun oyunu?

– Qonalon yaxşı oyunçudu. Amma o, gənc deyil. Bu gün oyunundan razı qaldım. Uzun ötürmələrə qarşıyam. Amma bəzən belə ötürmələrə də ehtiyac duyulur.

– İlk iki qoldan sonra oyununuz alınmadı. Bu, arxayınlıqdan qaynaqlanırdı?

– Xeyr. Bundan söhbət gedə bilməz. İki qoldan sonra da 5-6 qol vəziyyətimiz oldu. “Qarabağ” da bizə çətinliklər yaratmağa başladı. Bunun səbəbi idi ki, 3-cü topu vura bilmədik.

– Bu gün Defrelin zədələnməsi planınıza təsir etməyəcək?

– Defrelin zədəsi deyəsən ciddidi. Ola bilsin ki, həm o, həm də Perotti qarşıdakı matçda iştirak etməsin. Amma bizim Florensi kimi oyunçumuz var ki, onları əvəz edə bilər.

www.yenicag.az

4190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv