“Qarabağ” daha bir hücumçu alır?

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” İnnosent Emeqara və Con Delarjın ardınca heyətinə daha bir hücumçu qata bilər.

Yenicag.az xəbər verir ki, söhbət Şotlandiyanın “Harts” klubunda çıxış edən Kayl Laffertidən gedir. İddialara görə, “Qarabağ”la yanaşı, Şotlandiyanın “Reyncers” və Yaponiyanın “Seul” komandaları da 30 yaşlı hücumçunun xidmətində maraqlıdır.

Şimali İrlandiyadan olan futbolçunu heyətinə qatmaq istəyən klub “Harts”a 750 min funt-sterlinq ödəməlidir

COP29