“Qarabağ” – “Dinamo”: sabah saat…

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir.

Yenicag.az xəbər verir ki, “atlılar” sabah növbəti sınaq matçına çıxacaq.

İlk görüşdə Rusiya klubu “Axmat”a (0:1), daha sonra isə Bolqarıstan MOİK-inə (2:5) məğlub olan Qurban Qurbanovun yetirmələri bu dəfə Moskva “Dinamo”su ilə üz-üzə gələcək.

Rusiyalılarla görüş yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürəcək.

Yenicag.az