Futzal üzrə Estoniya çempionatının növbəti mövsümü başa çatıb.
Həmyerlilərimizə məxsus “Viymsi Qarabağ” klubu bürünc medallara sahib olub.
Üçüncü yer uğrunda görüşdə “Viymsi Qarabağ” “Tartu Ravens”lə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.
Bütün qollar oyunun ikinci hissəsində – ilk olaraq Yuri Dmitrenko, daha sonra isə iki dəfə komandanın məşqçisi Vitali Katerinin tərəfindən vurulub.
Xatırladaq ki, ötən mövsüm də bürünc uğrunda mübarizədə həmin rəqiblər qarşılaşıb. Həmin oyunda Viyms komandası 5:2 hesabı ilə qalib gəlib.
Mənbə: err.ee