“Azərbaycanın göndərdiyi hümanitar yardım Fransanın hərəkətə gəlməsindən sonra bizimkilərin atdığı cavab addımıdır”.
Bu sözləri Qarabağ ətrafındakı “hümanitar böhran” siyasəti, Azərbaycan tərəfinin ermənilərə 40 ton un göndərməsi və bundan sonra atılmalı addımları şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.
Qabil Hüseynli bildirib ki, hümanitar yardım təbliğat oyunudur:
“Azərbaycan hümanitar yardımı çoxdan göndərməli idi. Dəfələrlə çıxışlarımda təklif etmişdim ki, ermənilərə hümanitar yardım göndərilməlidir. Gətirib o yardımı onların qapısının ağzında saxlayıb, gözləməlidir. Gec də olsa, bu, həyata keçirildi. Bu, Fransanın hərəkətə gəlməsindən sonra bizimkilərin atdığı cavab addımıdır. Bu, təbliğat oyunudur.
Oyun qaydaları var və buna əməl etməlisən”.
Səxavət Məmməd