!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ" favoritdir" - "Kopenhagen"in baş məşqçisi

!Reklam – Yazi

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Qarabağ” – “Kopenhagen” matçı Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yenicag.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransına qatılan danimarkalıların baş məşqçisi Stale Solbakken əməkdaşımızın da suallarını cavablandırıb.

– Hesabdan başqa nədən narazı qaldınız?
– Son 30 dəqiqədən narazı qaldım.

“Qarabağ”dan belə oyun gözlıyirdinizmi?
– Bəli, gözləyirdim. 60 dəqiqə bərabər oyun getdi. Ancaq son 30 dəqiqə üstün olan tərəf “Qarabağ” idi.

– Cavab oyunu öncəsi şanslarını necə dəyərləndirirsiniz?
– Düşünürəm ki, “Qarabağ” favoritdir. Rəqib səfərdə bizə qol vursa, böyük üstünlük qazanmış olacaq.

– “Qarabağ” azarkeşləri Çempionlar Liqasının haqqını verdimi? Nəzərə alaq ki, ÇL himni Bakıda ilk dəfə idi ki, səsləndirilirdi…

– Böyük oyun olduğu hiss olunurdu. Azarkeşlər “Qarabağ”a böyük dəstək oldular.

Emin

Yenicag.az

www.yenicag.az

661
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv