“Qarabağ” FCSB ilə oyuna qara sarğı ilə çıxacaq

Bugünkü oyunda 1 dəqiqəlik sükut olacaq və komandalar meydana qara sarğı ilə çıxacaqlar.

Yenicag.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib.

O, Avropa Liqasının əsas mərhələsinin 7-ci turu çərçivəsində keçiriləcək FCSB ilə oyundan əvvəl yanvarın 18-də vəfat edən klubun fəxri prezidenti Abdulbari Gözəlin anılması ilə əlaqədar UEFA-ya müraciət etdiklərini və qitənin ali futbol qurumundan müsbət cavab aldıqlarını bildirib.

Qeyd edək ki, “Qarabağ”-FCSB matçı bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.