“Qarabağ” “Fənərbaxça”nın ulduzunu transfer etdi

Bir müddətdir adı “Qarabağ”la çəkilən Alpər Potukun Ağdam təmsilçisi ilə anlaşdığı iddia edilib.

Yenicag.az xəbər verir ki, Ağdam klubu bir müddətdi oyunçu ilə danışıqlar aparır və artıq tərəflər bir neçə məsələdə anlaşıblar. Oyunçunun mövsümün sonuna qədər icarə əsasında “Qarabağ”da çıxış edəcəyi bildirilir.

Türkiyə millisinin sabiq üzvünü Süper Liqa təmsilçisi “Rizəspor” istəsə də, Potuk karyerasını “Qarabağ”da davam etdirmək istəyib. “Fənərbaxça”da illik 1,2 milyon avro qazanan Alpərə mövsümün yarısının maaşı ödəniləcək. Ancaq “Köhlən atlar”ın qalan 6 ay üçün 600 min avro ödəmək gücü olmadığı üçün bəlli bir miqdar “Fənərbaxça” tərəfindən qarşılanacaq.

Xəbərdə qeyd edilib ki, “Qarabağ” eyni zamanda oyunçunun satın alma hüququna da yiyələnəcək. Əgər təcrübəli futbolçunun 6 aylıq performansı klub rəhbərliyi qane etsə, o zaman futbolçu bəlli bir miqdar qarşılığında transfer ediləcək.

Qeyd edək ki, Alpər Potuk karyerasına “Əskişəhərspor”da başlayıb. O, 2013-cü ilin yayında 7,25 milyon avroya “Fənərbaxça”ya transfer olunub. 2014-cü ildə Super Liqanın və Türkiyə Super Kubokunun qalibi olan futbolçu cari mövsümdə 8 rəsmi oyuna çıxaraq 372 dəqiqə oynayıb. Alpər Potuk 2021-ci ildən dəvət aldığı Türkiyə millisinin heyətində 17 oyuna çıxaraq 1 qol vurub./Qaynarinfo /

COP29