Qarabağ futbol komandasında dəyişiklik

Qarabağ”ın futbolçusu Rahil Məmmədov “Zirə”yə keçib.

Yenicag.az xəbər verir ki, 27 yaşlı müdafiəçi cari mövsümün sonunadək paytaxt təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Rahil Məmmədov 2018-ci ildən Ağdam klubunda çıxış edir. O, daha əvvəl “Neftçi” və “Səbail” komandalarının şərəfini qoruyub.