!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ" Halldorssonla yolları ayırdı - Rəsmi

!Reklam – Yazi

“Qarabağ” bu gün bir futbolçusu ilə yollar ayrılıb.

Yenicag.az klub saytına istinadən xəbər verir ki, islandiyalı qapıçı Hannes Tor Halldorssonla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Mövsümün əvvəlində transfer olunan Hannes bu mövsüm 8 oyunda ( 4 Premyer Liqa, 4 avrokubok) meydanda olub. Klub qolkiperə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, DÇ-2018-də Argentina ilə matçda Messinin penaltisini qaytarmaqla məşhurlaşan Halddorson “Qarabağ”a ötən ilin avqustunda böyük ümidlərlə transfer olunmuşdu. Amma o, Vaqner da Silva ilə rəqabəti uduzaraq əsas heyətdə yerini itirmişdi. Meydana az-az çıxması həm Haldorssonun özünün, həm də İslandiya millisinin məşqçi heyətinin narazılığına səbəb olmuşdu.

www.yenicag.az

7738
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv