!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ" hamımızın fəxridir" - Millət vəkili

!Reklam – Yazi

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.

Yenicag.az xəbər verir ki, ağdamlılar sözügedən mərhələdə Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşacaq.

“Qarabağ” fanatı olan millət vəkili Fazil Mustafa saytımıza açıqlama verərək, püşkatmanı dəyərləndirib:

“Hesab edirəm ki, təmsilçimiz bu mərhələni keçə biləcək gücdədir. “Qarabağ” hamımızın fəxridir. Onun uğurlarına da hamımız sevinirik. “Qarabağ” Azərbaycana başucalığı gətirən komandadır. Biz də azarkeşliyimizi edəcəyik”.

Görəsən, “Qarabağ”ın transfer bazarında səssiz olması Fazil bəyi azarkeş kimi narahat etmir?

“Əslində, oturuşmuş bir komanda varsa, bu, narahatlıq yaratmamalıdır. Çünki bilirsən ki, komandanın bir sistemi var. Baş məşqçi də bu sistemi həyata keçirəcək”.

Millət vəkili açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeydanın millimizə cəlb edilməsindən də söz açıb:

“Hər halda Riçard Almeyda yaxşı oyunçudur. O, indiki vəziyyətdə millimizə fayda verəcək”.

Emin Səfərov
Yenicag.az

www.yenicag.az

895
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv