!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ" haqqında film çəkildi - VİDEO

!Reklam – Yazi

Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” dünya mətbuatının gündəmindədir.

Yenicag.az-ın xəbərinə görə, bu dəfə Ağdam klubunun uğuru İran televiziyasında müzakirə edilib.

Ölkənin TV-90 idman kanalının “Futbol 120” proqramının son buraxılışı “Qarabağ”a həsr edilib. Verilişdə “Qarabağ”ın uğurları, tarixi, nəticələri, keçdiyi yol haqqında məlumat verilib.

Qeyd olunub ki, “Qarabağ”ın qələbəsi Azərbaycanda təksə idman uğuru kimi qiymətlənidirilmir, komanda həm də vuruşur, öz adı və ölkəsi uğrunda mübarizə aparır.

Filmdə o da bildirilib ki, “Qarabağ”ın məlum zəfərindən sonra bütün dünya mediasının diqqəti “Qarabağ”ın təmsil etdiyi Ağdama, bütovlükdə Qarabağa yönəldi, münaqişə haqda geniş reportajlar hazırlandı.

Eyni zamanda, həmkarlarımız Qarabağ probleminə və dünya ictimaiyyətinin bu həqiqətə biganə qalmasına da toxunublar.

www.yenicag.az

3524
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv