Matç “Qarabağ”ın qələbəsi ilə bitdi: 2:0.
***
“Qarabağ” ikinci qolunu vurdu. Leandor Andrade 45-ci dəqiqədə fərqləndi – 2:0.
***
“Qarabağ” hesabı açdı, Kevin Medina fərqləndi.
Matç başladı.
Sloveniyada UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək “Olimpiya” və “Qarabağ”ın start heyətləri bəlli olub.
Yenicag.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
“Olimpiya”: 69. Matevj Vidovşek, 2. Xorxe Silva, 3. David Sualehe, 14. Marsel Ratnik, 16. Ahmet Muhamedbeqoviç, 10. Timi Elşnik, 19. Svit Seşlar, 34. Aqustin Doffo, 99. Rui Pedro, 11. Saar Fedida, 37. Pedro Lukas
Baş məşqçi: Joao Enrike
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
Qeyd edək ki, “Stojitse”də oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.