“Qarabağ” Misli Premyer Liqasında 2024-cü ilin sonuncu oyununda qələbə qazanıb.
Yenicag.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv XVIII turda “Araz-Naxçıvan”la üz-üzə gəlib.
Ağdam təmsilçisi rəqibini 2:0 hesabı ilə üstələyib.
41-ci dəqiqədə Yassin Benzia hesabı açıb. 72-ci dəqiqədə Abdullah Zubir adını tabloya yazdırıb.
Birinci pillədə qərarlaşan “Qarabağ” xallarının sayını 47-yə çatdırıb. Naxçıvan klubu 39 xalla ikinci sıradadır.
Günün ilk görüşündə “Şamaxı” evdə “Sabah”ı məğlub edib – 3:1.
Qeyx edək ki, XVIII turun əvvəlki matçlarında “Zirə” səfərdə “Səbail”dən üstün olub – 1:0. “Turan Tovuz” – “Neftçi” oyununda qalib müəyyənləşməyib – 1:1. “Kəpəz” – “Sumqayıt” qarşılaşmasında isə qapılara qol vurulmayıb./Report/