“Qarabağ“-ın oyununa 5 min bilet satıldı

qarabagfkvsacffiorentina4Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda “Qarabağ” və İtaliya “Fiorentina”sı arasında keçiriləcək oyuna 5 000 bilet satılıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, dekabrın 8-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma üçün 31 min bilet satışa çıxarılıb. Biletləri oyunun keçiriləcəyi stadionun kassalarından əldə etmək mümkündür.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 1 manat, 2 manat, 5 manat, 10 manat və 20 manatdır. VİP sektorlar üçün biletlərin qiyməti 50 manatdır.

Xatırladaq ki, “Qarabağ” – “Fiorentina” matçı saat 20:00-da başlayacaq.