Bu gün Azərbaycan Premyer Liqasında II tura start verilib.
Yenicag.az xəbər verir ki, günün ikinci matçında “Qarabağ” doğma azarkeşləri önündə “İnter”i qəbul edib.
İlk hissəsi 0:0 hesabı ilə başa çatan matçın taleyini 1 qol həll edib. Əfran İsmayılov oyunun 89-cu dəqiqəsində ağdamlılara 3 xalı qazandıran qolu vurub – 1:0.
Qeyd edək ki, turun digər oyununda “Səbail” də “Neftçi” üzərində 1:0 hesablı qələbəyə sevinib.