“Qarabağ” İtaliya klubunun futbolçusunu istəyir

Son Azərbaycan çempionu “Qarabağ”  heyətini Tunis millisinin üzvü Kərim Laribi ilə gücləndirə bilər.

Yenicag.az xəbər verir ki, transferin rəsmiləşməsi üçün Ağdam təmsilçisi İtaliyanın B seriyasında çıxış edən “Çezena” klubuna təklif də göndərib.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi Tunis millisinin heyətində iki matça çıxıb.