“Qarabağ” “Keşlə” ilə bərabərə qaldı – VİDEO

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura start verilib.

Yenicag.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Gəncədə keçirilən “Kəpəz” – “Zirə” matçında qapılara qol vurulmayıb – 0:0.

“Azərsun Arena”da baş tutan “Qarabağ” – “Keşlə” matçında da qalib müəyyənləşməyib – 1:1. Qeyd edək ki, 21 turdan sonra Ağdam təmsilçisi 50 xalla liderliyini qoruyur.

Bir oyun az keçirən “Qəbələ” isə 39 xalla ikincidir.