Qarabağ Komitəsi BŞİH-ə mitinq üçün müraciət etdi

Qarabağ Komitəsinin bu gün keçirilən iclasından sonra mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb.

Yenicag.az xəbər verir ki, Qarabağ Komitəsi 15 dekabr 2018-ci il tarixində saat 15:00-da Məhsul stadionuna təyin etdiyi növbəti “Qarabağa azadlıq” mitinqi barədə rəsmi məktubu bu gün BŞİH-ə təqdim edib.

Mitinqin təşkilatçıları Akif Nağı, İlham İsmayıl, Pənah Hüseyn, Sahib Kərimli, Tural Abbaslı, Mirmahmud Fəttayevdir.

COP29