!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ Komitəsi istefalardan sonra fəaliyyətini dayandıracaq?

!Reklam – Yazi

Qarabağ Komitəsində yaranan fikir ayrılıqları nəticəsində istefalar baş verdiyini xəbər etmişdik.

Keçmiş daxili işlər naziri İsgəndər Həmidov, keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl, Gələcək Azərbaycan Partiyasının (GAP) rəhbəri Ağasif Şakiroğlu və digərlərinin istefasından sonra Komitənin dağılacağı iddia edilirdi.

Məsələ ilə bağlı Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Yenicag.az-a açıqlamasında Komitənin ləğv edilməsin yanlış iddia olduğunu deyib.

Akif Nağı bildirib ki, istefalar təbii prosesdir:

“Komitənin qapısı gedənlər üçün də, gələnlər üçün də açıqdır. Komitəyə gəlmək istəyənlər çoxdur. Komitəyə kimlərsə başqa məqsədlər üçün gəlmişdilər və uzaqlaşdılar. Bu istefalara təbii proses kimi baxıram. Kimlərinsə Komitədən getməsi işə mane olmayacaq”.

Akif Nağı qeyd edib ki, Qarabağ Komitəsi 5-10 nəfərin getməsi ilə fəaliyyətini dayandırmayacaq.

Səxavət Məmməd

www.yenicag.az

7934
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv