Qarabağ Komitəsi mart ayının 16-na mitinq təyin edib.
Yenicag.az xəbər verir ki, Qarabağ Komitəsi 16 mart 2019-cu ildə “Məhsul” stadionunda mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
Komitənin ilk mitinqindən sonra bütün mitinqlərə BŞİH “yox” deyib. Növbəti mitinq haqqında şəhər meriyasının cavabı maraqla gözlənilir.
Qeyd edək ki, Qarabağ Komitəsinin bu mitinqinə də BŞİH tərəfindən icazə verilməyəcəyi halda, Komitənin icazəsiz mitinqlər keçirə biləcəyi deyilir.
Səxavət Məmməd