“Qarabağ” Konfrans Liqasında ilk matçını keçirdi

Bu gün “Qarabağ” UEFA Avropa Konfrans Liqası çərçivəsində ilk matçını keçirib.

Yenicag.az-ın məlumatına görə, “Qarabağ” Bakı Olimpiya Stadionunda İsveçrənin “Bazel” klubunu qəbul edib.

Oyun qolsuz bərabərliklə yekunlaşıb – 0:0.

***

“Qarabağ” Bakı Olimpiya Stadionunda UEFA Avropa Konfrans Liqası çərçivəsində ilk matçına çıxıb.

Yenicag.az-ın məlumatına görə, Ağdam klubu “H” qrupu çərçivəsində İsveçrənin “Bazel” klubunu qəbul edir.

Qeyd edək ki, bu gün həmin qrupda digər matçda “Kayrat” (Qazaxıstan) “Omoniya” (Kipr) ilə qarşılaşıb.