“Qarabağ” – “Kopenhagen”: 15 avqust, saat…

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarsbağ”ın pley-off mərhələsində qarşılaşacağı “Kopenhagen”lə matçların başlama saatları bəlli olub.

Yenicag.az xəbər verir ki, avqustun 15-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma 20:00-da start götürəcək. Bu, həmin gün baş tutacaq yeganə oyun olacaq.

Danimarkada keçiriləcək cavab matçı isə avqustun 23-də Bakı vaxtı ilə saat 22:45-ə təyin olunub.

Yenicag.az