!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” “Kukesi” ilə ilk oyunda heç-heçəyə razılaşdı

!Reklam – Yazi

Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları davam edir.

Yenicag.az xəbər verir ki, qitənin bir nömrəli yarışında yeganə təmsilçimiz olan “Qarabağ” da bu gün meydana çıxıb.

Qurban Qurbanovun komandası Albaniyada “Kukesi”nin qonağı olub. Ağdam təmsilçisi ilk oyunda sərfəli nəticə qazanmaq əzmindəydi. Qarşılaşmada hesab açılmayıb. Bu üzdən də cütün qalibi bir həftə sonra Bakıda keçiriləcək cavab matçında müəyyənləşəcək.

Qeyd edək ki, “Qarabağ” mərhələni adlayacağı halda BATE – HİK cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, ilk oyunlar

25 iyul

“Kukesi” (Albaniya) – “Qarabağ” (Azərbaycan) 0:0
Baş hakim: Ola Hobber Nilsen (Norveç)
Şkoder. “Loro Boriçi” stadionu

www.yenicag.az

8514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv