!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ" "Lex"ə məğlub oldu - YENİLƏNDİ

!Reklam – Yazi

“Qarabağ” Poznanda “Lex”ə 1-0 hesabı ilə məğlub oldu. Cavab matçı bir həftə sonra Bakıda keçiriləcək.

***

İshak matçın 40-cı dəqiqəsində “Lex”i hesabda önə çıxardı: 1-0.

Canlı yayımı BURADAN izləyə bilərsiniz.

***

Polşada “Lex” və “Qarabağ” komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu başlayıb.

Məlumata görə, Poznandakı eyniadlı stadionda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürüb.

Görüşü ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edir.

***
21:41

Polşada UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Lex” və “Qarabağ”ın start heyətləri açıqlanıb.

Yenicag.az-ın Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq:

“Lex”: 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşu, 6. Yesper Karlström, 9. Mikael İshak, 16. Antonio Miliç, 21. Mixal Skuras, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka

Baş məşqçi: Con van den Brom

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev 2. Qara Qarayev 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, Poznandakı eyniadlı stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

www.yenicag.az

624
Ads
www.veteninfo.com
!Reklam – Arxiv