Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulub.
Yenicag.az xəbər verir ki, turun son oyununda “Sumqayıt” komandası “Qarabağ”ın qonağı olub. Maraqlı epizodlarla yadda qalan görüş Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra xal ehtiyatını 46-ya çatdıran “Qarabağ” klubu turnir cədvəlində vahid lider olub. Beləliklə, Ağdam komandası “Neftçi”ni 3 xal geridə qoyub.
22-ci turun nəticələri:
“Qarabağ” –“ Sumqayıt” – 4:1
“Zirə” – “Keşlə” – 0:0
“Sabah” –“Səbail” – 0:0
“Qəbələ” – “Neftçi” – 2:2