“Qarabağ” “Lion”a böyük hesabla məğlub oldu – YENİLƏNDİ \ VİDEO

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində Fransa təmsilçisi “Lion”a məğlub olub.

Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisi V turun oyununda 1:4 hesabı ilə uduzub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda hesabı 15-ci dəqiqədə qonaqlar açıb. Jorj Mikautadze dəqiq zərbə müəllifi olub. 63-cü dəqiqədə fərq iki topa yüksəlib. Korentin Torisso toru silkələyib. 68-ci dəqiqədə Korentin Tolisso meydan sahiblərinin qapısına yol tapıb. 80-ci dəqiqədə Jorj Mikautadze dubl müəllifi olub. Görüşdə yekun hesabı isə Ağdam təmsilçisinin heyətində Juninyo müəyyənləşdirib. Hücumçu 87-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu dekabrın 12-də İsveç təmsilçisi “Elfsborq”a qarşı keçirəcək.

***

87-ci dəqiqədə Juninyo penalti zərbəsini dəqiq yerinə yetirib – 1:4

***

Jorj Mikautadze 80-ci dəqiqədə dubl edir – 0:4.

***

Fofana 68-ci dəqiqədə komandasının üçüncü qolunu vurur – 0:3.

***

63-cü dəqiqədə Tolisso hesabı 0:2 edir.

***

Qonaqlar hesabı açıb. 15-ci dəqiqədə Jorj Mikautadze topu “Qarabağ”ın qapısından keçirib – 0:1

***

Matç başladı.

***20:43

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda baş tutacaq “Qarabağ” – “Lion” (Fransa) matçından əvvəl komandaların start heyətləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun 21:45-də başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

“Qarabağ”: Mateuş Koxalski, Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Toral Bayramov, Patrik Andrade, Yankoviç, Yassin Benzia, Aleksey Kaşuk, Abdullah Zubir, Juninyo.

“Lion”: Remi Deşam, Nikolas Talyafiko, Omari, Due Çaleta-Tsar, Naylz, Rayan Çerki, Tanner Tessmann, Cordan Veretu, Ernest Nuama, Jorj Mikautadze, Fofana.

COP29