Futbol üzər Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında səfərdə “Çelsi”nin qonağı olacaq.
Yenicag.az xəbər verir ki, Ağdam klubu bu gün sözügedən oyun üçün Bakı-London reysiylə İngiltərəyə yollanıb.
Ağdam təmsilçisinin UEFA Gənclər Liqasında mübarizə aparacaq U-19 komandası da əsas kollektivlə birgə səfərə yollanıb. Bu yarışda baş tutacaq “Çelsi” – “Qarabağ” oyunu sentyabrın 12-də, Bakı vaxtıyla saat 16:05-də start götürəcək. İngiltərə və Azərbaycan çempionlarının əsas komandaları isə həmin gün axşam saat 22:45-də üz-üzə gələcəklər.