“Qarabağ” “Malmö”yə məğlub oldu – YENİLƏNDİ

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda “Qarabağ” İsveçin “Malmö” klubuna məğlub olub.

Yenicag.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın 15-ci dəqiqəsində Juniniyonun qolu ilə “Qarabağ” hesabı açıb. Bundan cəmi 4 dəqiqə sonra İsveç təmsilçisinin hücumçusu Erik Botheym fərqlənərək bərabərliyi təmin edib. Görüşün 47-ci dəqiqəsində isə E.Botheym komandasının qələbə qoluna imza atıb.

Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin III turunda Niderlandın “Ayaks” komandası ilə üz-üzə gələcək. Bu oyun oktyabrın 24-də keçiriləcək.

***

19-cu dəqiqədə qonaqlar hesabı Erik Botheymin qolu sayəsində bərabərləşdirir – 1:1.

***

15-ci dəqiqədə Juninyo hesabı açdı – 1:0.

***

“Qarabağ” UEFA Avropa Liqasında Liqa mərhələsinin II turunda İsveçin “Malmö” klubunu qəbul edir.

COP29